Pakistan Nazirlər Kabineti: Tehran-İslamabad-İstanbul qatarı tezliklə istifadəyə veriləcək
https://parstoday.ir/azeri/news/world-i13252-pakistan_nazirlər_kabineti_tehran_İslamabad_İstanbul_qatarı_tezliklə_istifadəyə_veriləcək
Pakistan Nazirlər Kabineti ölkənin dəmir yolu layihələrini nəzərdən keçirmək üçün keçirilən xüsusi iclasda İƏT-in "İslamabad-Tehran-İstanbul" (İTİ) konteyner qatarının hərəkətinin tezliklə bərpa olunacağını elan etdi.
(last modified 2025-11-22T10:29:26+00:00 )
Noy 22, 2025 14:28 Asia/Baku
  • Pakistan Nazirlər Kabineti: Tehran-İslamabad-İstanbul qatarı tezliklə istifadəyə veriləcək

Pakistan Nazirlər Kabineti ölkənin dəmir yolu layihələrini nəzərdən keçirmək üçün keçirilən xüsusi iclasda İƏT-in "İslamabad-Tehran-İstanbul" (İTİ) konteyner qatarının hərəkətinin tezliklə bərpa olunacağını elan etdi.

 

Daha əvvəl, bu ilin sentyabr ayının ortalarında İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi ilə keçirilən görüşdə İran, Türkiyə və Pakistan nümayəndələri 6540 km-lik İƏT dəhlizində ayda ən azı bir yük qatarının göndərilməsi barədə razılığa gəlmişdilər və regional ticarətin sürətində və rəqabət qabiliyyətində əhəmiyyətli bir dəyişiklik yaradacaq tarif, gömrük və logistika maneələrinin aradan qaldırılmasını vurğulamışdılar.