Kuba: Amerikanın əsl məqsədi Venesuelanın neft ehtiyatlarına hakim olmaqdır
Kuba xarici işlər naziri Bruno Rodrigez verdiyi açıqlamada ABŞ-ın Venesuela hökumətinin narkotik qaçaqmalçılığı qrupları ilə əlaqəli olduğu iddiasının əsassız olduğunu bildirib və deyib: Vaşinqton bu yalan iddianın arxasında Karakasın neft ehtiyatlarına hakim olmaq kimi əsl məqsədini gizlətmək istəyir.
O, "Cartel de los Soles"in rəhbərliyini Venesuela prezidenti Nikolas Maduroya aid etməyin və kartelin adını terror təşkilatları siyahısına salmağın ABŞ kəşfiyyat xidmətləri tərəfindən uydurulmuş bir sui-qəsd olduğunu bildirərək vurğulayıb: Vaşinqton bu hərəkətlə Latın Amerikası və Karib dənizi bölgəsinə qarşı hərbi təcavüzü və bu bölgəyə qarşı silahlı siyasətə qayıtmağı haqlı çıxarmağa çalışır.