Aksiosun Trampın Qəzza atəşkəsinin pozulmasına görə Netanyahuya sərt xəbərdarlığı barədə hesabatı
https://parstoday.ir/azeri/news/world-i13404-aksiosun_trampın_qəzza_atəşkəsinin_pozulmasına_görə_netanyahuya_sərt_xəbərdarlığı_barədə_hesabatı
Aksios xəbər saytı məlumatlı mənbələrə istinadla yazıb ki, Donald Tramp administrasiyası sionist rejimin HƏMAS-ın yüksək rütbəli komandirinin qətlə yetirilməsi ilə atəşkəsi pozmasına görə Benyamin Netanyahuya şəxsi və sərt mesaj göndərib və Vaşinqtonun İsrailin Trampın etibarını zədələməsinə imkan verməyəcəyini bildirib.
(last modified 2025-12-17T08:38:09+00:00 )
Dek 15, 2025 19:36 Asia/Baku
  • Aksiosun Trampın Qəzza atəşkəsinin pozulmasına görə Netanyahuya sərt xəbərdarlığı barədə hesabatı

Aksios xəbər saytı məlumatlı mənbələrə istinadla yazıb ki, Donald Tramp administrasiyası sionist rejimin HƏMAS-ın yüksək rütbəli komandirinin qətlə yetirilməsi ilə atəşkəsi pozmasına görə Benyamin Netanyahuya şəxsi və sərt mesaj göndərib və Vaşinqtonun İsrailin Trampın etibarını zədələməsinə imkan verməyəcəyini bildirib.

 

İki amerikalı rəsmi Aksiosa deyib ki, Ağ Ev Benyamin Netanyahuya sərt məzmunlu şəxsi mesaj ünvanlayaraq vurğulayıb ki, həftəsonu HƏMAS-ın yüksək rütbəli hərbi komandirinin öldürülməsi (şəhadəti) atəşkəs razılaşmasının pozulmasıdır.

 

Bu iki amerikalı rəsminin sözlərinə görə, ABŞ-nin dövlət katibi Marko Rubio, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın müşaviri və kürəkəni Cared Kuşner Netanyahunun davranışından ciddi şəkildə məyus olublar.