Mossad və sionist rejim ordusunun agenti edam edilib
https://parstoday.ir/azeri/news/world-i13424-mossad_və_sionist_rejim_ordusunun_agenti_edam_edilib
İranın Məhkəmə qurumu açıqlama yayıb. Açıqlamada bildirilir: sionist rejimin xeyrinə casusluq etmək, həmin rejimlə kəşfiyyat əlaqəsi və informasiya əməkdaşlığı qurmaq, həmçinin hərbi və təhlükəsizlik obyektlərinin görüntülərini çəkməkdə təqsirli bilinən Əqil Keşavərz barəsində çıxarılmış edam hökmü Ali Məhkəmədə təsdiqləndikdən və bütün qanuni prosedurlar başa çatdırıldıqdan sonra icra olunub.
(last modified 2025-12-21T06:57:56+00:00 )
Dek 20, 2025 14:49 Asia/Baku
  • Mossad və sionist rejim ordusunun agenti edam edilib

İranın Məhkəmə qurumu açıqlama yayıb. Açıqlamada bildirilir: sionist rejimin xeyrinə casusluq etmək, həmin rejimlə kəşfiyyat əlaqəsi və informasiya əməkdaşlığı qurmaq, həmçinin hərbi və təhlükəsizlik obyektlərinin görüntülərini çəkməkdə təqsirli bilinən Əqil Keşavərz barəsində çıxarılmış edam hökmü Ali Məhkəmədə təsdiqləndikdən və bütün qanuni prosedurlar başa çatdırıldıqdan sonra icra olunub.

 

Məlumata görə, məhkum şəxs istintaq zamanı verdiyi etiraflarda İran İslam Respublikasına zərbə vurmaq niyyəti ilə sionist rejimlə əlaqəli kəşfiyyat strukturları ilə əməkdaşlıq etdiyini və ölkəyə aid məlumatları onların ixtiyarına verdiyini açıq şəkildə etiraf edib.