Putin İslam Respublikasının yeni liderinin seçilməsini təbrik etdi
Rusiya Prezidenti Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İslam Respublikasının yeni lideri seçilməsi münasibətilə təbrik etdi.
Kreml Rusiya Prezidenti Vladimir Putinin onu İslam Respublikasının yeni lideri seçilməsi münasibətilə təbrik etdiyini açıqladı.Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə ünvanladığı təbrik mesajında Putin dedi: Əminəm ki, siz atanızın işini "şərəflə" davam etdirəcək və İran xalqını "ciddi çətinliklər qarşısında" birləşdirəcəksiniz.O, Rusiyanın Tehranı dəstəkləməyə davam edəcəyini vurğulayaraq, "Tehrana sarsılmaz dəstəyini və iranlı dostlarımızla həmrəyliyini bir daha təsdiqləmək" istədiyini bildirdi.Dünən gecə verdiyi açıqlamada Ekspertlər Məclisi Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İran İslam İnqilabının yeni lideri təyin və təqdim etdi.