İddia: Separatçıların sabiq başçıları artıq Ermənistandadır
https://parstoday.ir/azeri/news/world-i2432-İddia_separatçıların_sabiq_başçıları_artıq_ermənistandadır
Ermənistan mətbuatı bildirir ki, Qarabağdakı separatçıların üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.
(last modified 2023-10-02T06:37:32+00:00 )
Okt 02, 2023 10:32 Asia/Baku
  • İddia: Separatçıların sabiq başçıları artıq Ermənistandadır

Ermənistan mətbuatı bildirir ki, Qarabağdakı separatçıların üç sabiq başçısı Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan oktyabrın 1-də Ermənistana gəliblər.

 

Bu məlumata əsasən, separatçı liderlər və erməni silahlı birləşmələrin rəhbərlərinin böyük hissəsi danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya uyğun olaraq, oktyabrın 1-i axşam saatlarında Ermənistana təhvil verilib.

Bildirilir ki, Qarabağ ermənilərinin sonuncu rəhbəri Samvel Şahramanyan ölən və itkin düşənlərin qalıqlarının tapılması üçün axtarış-xilasetmə işləri başa çatana qədər Xankəndidə qalacaq.

Qeyd edək ki, “Sputnik Ermənistan”ın Teleqram kanalında yayılan bu məlumat hələlik təsdiqlənməyib.