Qəzzada humanitar dəhlizlər yaradılmalıdır - Roma Papası
https://parstoday.ir/azeri/news/world-i2634-qəzzada_humanitar_dəhlizlər_yaradılmalıdır_roma_papası
Dünya katoliklərinin rəhbəri Qəzza zolağının əhalisinə yardım üçün humanitar dəhlizlərin yaradılmasına çağırıb. Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
(last modified 2023-10-16T06:54:55+00:00 )
Okt 16, 2023 06:42 Asia/Baku
  • Qəzzada humanitar dəhlizlər yaradılmalıdır - Roma Papası

Dünya katoliklərinin rəhbəri Qəzza zolağının əhalisinə yardım üçün humanitar dəhlizlərin yaradılmasına çağırıb. Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Dünya katoliklərinin rəhbəri Roma Papası Fransisk həftəlik çıxışında sionist işğal rejiminin hücumlarından sonra Qəzzada humanitar vəziyyətin pisləşməsi və bu İşğal rejiminin Qəzza zolağında su, elektrik, dərman, yanacaq və ərzaqların kəsilməsindəki hərəkətləri ilə bağlı deyib: Humanitar qanunlara hörmət edilməlidir, xüsusən də Qəzzada humanitar dəhlizləri təmin etmək və bütün əhaliyə təcili yardım göstərmək vacib və zəruridir.

 Tibb bacıları həmkarlar komitəsinin sədri və Qəzza zolağının Əl-Əqsa Şəhidləri Xəstəxanasının rəhbəri Xəlil əd-Dəqran bazar günü sionist rejimin Qəzza sakinlərinə hücumları nəticəsində səhiyyə sektorunun çökməsi ilə bağlı xəbərdarlıq edib.