Britaniyanın baş naziri işğal olunmuş ərazilərə səfər edib
https://parstoday.ir/azeri/news/world-i2696-britaniyanın_baş_naziri_işğal_olunmuş_ərazilərə_səfər_edib
Bu günlərdə İsrail rejiminin Fələstindəki cinayətlərinə dəstək verən hökumət başçıları işğal olunmuş ərazilərə səfər edir.
(last modified 2023-10-22T07:02:29+00:00 )
Okt 19, 2023 07:38 Asia/Baku
  • Britaniyanın baş naziri işğal olunmuş ərazilərə səfər edib

Bu günlərdə İsrail rejiminin Fələstindəki cinayətlərinə dəstək verən hökumət başçıları işğal olunmuş ərazilərə səfər edir.

Britaniyanın baş naziri Rişi Sunak bu gün sionist İsrailə səfər edib.

KIV-I xəbər verir ki, Sunakın sionist həmkarı Benyamin Netanyahu və İsrail başçısı İsaak Hersoqla görüşü planlaşdırılır.

Ötən gün ABŞ prezidenti Co Bayden işğal olunmuş ərazilərdə sionist İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə, Dünyanın həqiqət kimi qəbul etdiyinin əksinə olaraq Qəzza zolağında yerləşən xəstəxanaya hücumun işğalçı İsrail ordusu tərəfindən həyata keçirilmədiyini iddia edib.

Qeyd edək ki, ötən gün də ABŞ Braziliyanın təklif etdiyi və İsraillə Fələstin müqavimət qüvvələri arasında hərbi əməliyyatların dayandırılmasını, humanitar yardımın Qəzza zolağına daxil olmasını tələb edən qətnaməyə veto qoyub.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın Braziliya qətnaməsinə veto qoymasından sonra Vaşinqtonun bu qətnaməyə veto qoyaraq fələstinlilərə qarşı müharibənin davam etdirilməsindən məsul olduğunu bildirib.

Əlavə edək ki, Çərşənbə axşamı günü sionist işğalçılar Qəzzada xəstəxanaya raket hücumu edib və bu cinayət nəticəsində xəbər mənbələrinin verdiyi məlumata görə, bu xəstəxanada 1000-dən artıq fələstinli şəhid olub.