Qəzza Səhiyyə Nazirliyi: Biz tam dağılma mərhələsinə çatmışıq
Qəzzanın Səhiyyə Nazirliyi bu gün Qəzza zolağının səhiyyə sisteminin tam çökmə mərhələsinə çatdığını açıqlayıb.
Fələstin müqavimət qüvvələri sionist rejimin təkrar cinayətlərinə cavab olaraq 7 oktyabr 2023-cü il tarixində Qəzzadan Təl-Əviv mövqelərinə qarşı “Əl-Əqsa tufanı” adlı qəfil əməliyyata başlayıb.
Müqavimət döyüşçüləri ilə mübarizə apara bilməyən sionist rejim ordusu əməliyyatın ilk günlərindən Qəzzada yaşayış məntəqələrini, xəstəxanaları, dini mərkəzləri və məktəbləri davamlı olaraq bombardman edib və nəticədə 5 min 300 fələstinli Şəhid və 18 mindən çox adam yaralanıb.
Əl-Cəzirə telekanalının məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağındakı sözçüsü "Əşrəf əl-Qədərə" çərşənbə günü səhər bildirib ki, onlar bundan sonra Qəzza zolağının xəstəxanalarında heç bir xidmət göstərə bilməyəcəklər.
"Əşrəf əl-Qədərə", yaxın saatların tibbi xidmətlər üçün daha təhlükəli olacağını bildirərək, səhiyyə sistemini xilas etmək üçün dərhal Qəzza zolağına daxil olmağın lazım olduğunu bildirib.
Tibbi yardım gəlmədiyi təqdirdə Qəzzada səhiyyə sisteminin xidmət göstərə bilməyəcəyini bildirən əl-Qədərə, Qəzza zolağının xəstəxanalarında bütün tibbi xidmətlərin dayandırılmasına cəmi bir neçə saat qaldığını əlavə edib.