Netanyahunun Qəzzada sionist əsirlərin qəzəb və ikrah dolu filminin yayılmasına reaksiyası
Sionist İsrailin Baş naziri Qəzzada sionist əsirlərin qəzəb və ikrahını ifadə edən videonun yayımlanmasına reaksiya verib və bunu “HƏMAS-ın psixoloji müharibəsi” hesab edib.
Aran radiosu İRNA agentliyinə istinadla xəbər verir ki , sionist rejimin baş naziri Binyamin Netanyahu Qəssam taborlarının sionist əsirlərlə bağlı çəkdiyi video və onların azadlığa buraxılmaları üçün Netanyahudan tələblərinə cavab olaraq, “HƏMAS sərt propaqanda müharibəsinə başlayıb” deyib.
Netanyahu vurğulayıb ki, “biz bütün əsirlərimizi azad etmək üçün əlimizdən gələni edəcəyik”.
İsrailin Kanal 13-ü vurğulayıb: Videonu yayımlamayın. Psixoloji müharibədə HƏMAS-a kömək etməyin.
Əl-Qəssamın ötən gün yayımladığı Qəzzadakı sionist əsirlərin mesajının mətnində deyilir:
“Salam Netanyahu bibi. Biz 23 gündür HƏMAS-ın əsirliyindəyik. Dünən əsirlərin ailələri mətbuat konfransı keçiriblər və bilirik ki, atəşkəs elan edilməli idi və sən bizi azad etməli idin. Bizi azad edəcəyinə söz vermişdin. Lakin biz sənin siyasi, təhlükəsizlik və hərbi məğlubiyyətindən əziyyət çəkirik.
HƏMAS-ın əlində olan sionist əsirlər əlavə ediblər: “7 oktyabr məğlubiyyətinin səbəbkarı sən olmusan! Çünki orada bir əsgər belə yox idi və heç kim köməyimizə gəlmədi. Orada bizi heç kim müdafiə etmədi. Biz günahsız və sadə vətəndaşlarıq. Hökumətə vergi ödəyən vətəndaşlar. Biz indi burada əsirlikdəyik. Heç bir şərt olmadan bizi öldürürsən. Hamımızı öldürmək istəyirsən? Ordunun bizi öldürməsini istəyirsən. Hamını məhv etməyin yetərli deyilmi? Çoxlu israillinin öldürülməsi kifayət deyilmi? Bizi indi azad et. Vətəndaşları və onların (fələstinlilərin) əsirlərini azad et. Bizi azad et. Hamını azad et. Biz ailələrimizin yanına qayıtmaq istəyirik. İndi... indi... indi”.