Sionist ordusu 315 itki verdiyini etiraf edib
Sionist ordusu “Əl-Əqsa tufanı” əməliyyatının başlamasından bu yana 315 əsgərinin həlak olduğunu açıqlayıb.
Aran radiosu İRNA agentliyinə istinadla xəbər verir ki ,“Əl-Əqsa tufanı” əməliyyatının 25-ci günündə sionist ordusu son statistik məlumatlarında Fələstin müqavimət döyüşünün başlanğıcından bu rejimin 315 əsgərinin həlak olduğunu açıqlayıb.
Bu xəbərə əsasən, bəzi mənbələr sionist rejimin itkilərinin sayının bu rəqəmdən daha çox olduğunuolduğunu təxmin ediblər.
İsrail ordusu sionistlərin işğal olunmuş ərazilərdə etiraz aksiyası keçirməməsi üçün “Əl-Əqsa tufanı” əməliyyatının başlanmasından bəri öz itkilərinin dəqiq sayını açıqlamayıb.
Oktyabrın 7-də Fələstin Müqavimət Qüvvələri Qüdsü işğal edən rejimin cinayətlərinə cavab olaraq Qəzzadan “Əl-Əqsa tufanı” əməliyyatına başlayıb. Əməliyyat başlayandan sionistlər Qəzza zolağının bütün keçidlərini bağlayıb və bu bölgədəki yaşayış və tibb məntəqələrini bombalayır.
Sionist rejimin Qəzza zolağının yaşayış məntəqələrinə vəhşicəsinə hücumu ardıcıl dördüncü həftəyə daxil olub və Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, səkkiz mindən çox fələstinli şəhid olub, onların yarısı müdafiəsiz və məzlum fələstinli uşaqlardır.