Boliviya Sionist İsrail rejimi ilə diplomatik əlaqələri dayandırdı
Noy 01, 2023 05:22 Asia/Baku
Boliviya İsraillə diplomatik əlaqələri dayandırıb.
Buna səbəb Qəzza zolağında baş verən hadisələr olub.
Bu barədə çərşənbə axşamı Cənubi Amerika dövlətinin xarici işlər nazirinin müavini Freddi Mamani bildirib.
Qeyd edək ki, 2009-cu ildə də Boliviya İsrailin Fələstin anklavındakı hərəkətlərinə görə bu ölkə ilə diplomatik əlaqələri kəsmişdi. Bu əlaqələr yalnız 2019-cu ildə bərpa edilmişdi.