İndoneziyada güclü zəlzələ baş verib
Noy 02, 2023 07:25 Asia/Baku
İndoneziyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Aran Radiosu xəbər verir ki, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 5 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ nəticəsində bir sıra evlər uçub, müxtəlif rayonların sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar .
Hələlik mümkün tələfat barədə məlumat yoxdur.
Ötən ilin noyabrında İndoneziyanın sıx məskunlaşdığı Qərbi Yava əyalətində Rixter cədvəli ilə 5,6 bal gücündə zəlzələ baş vermişdi. Bu zəlzələ nəticəsində 602 nəfər həlak olub.