Ukraynalı generaldan etiraf: Rus qoşunlarının öhdəsindən gələ bilmirik!
https://parstoday.ir/azeri/news/world-i3086-ukraynalı_generaldan_etiraf_rus_qoşunlarının_öhdəsindən_gələ_bilmirik!
Ukraynalı general rus qoşunlarını geri oturtmaq üçün aparılan əks-hücumların alınmadığını etiraf edib.
(last modified 2023-11-15T07:22:52+00:00 )
Noy 13, 2023 10:59 Asia/Baku
  • Ukraynalı generaldan etiraf: Rus qoşunlarının öhdəsindən gələ bilmirik!

Ukraynalı general rus qoşunlarını geri oturtmaq üçün aparılan əks-hücumların alınmadığını etiraf edib.

 

General-mayor Sergey Krivonos bu barədə deyib: “Ruslar xüsusi əməliyyat zonasında güclü istehkamlar tikib və onların öhdəsindən gəlmək mümkün olmayıb. Ərazinin istehkamlarla düzgün təchiz edilməsinin Zaporojye istiqamətində Rusiya istehkam sahələrinin nümunəsində nəyə nail ola biləcəyini görürük”.

General xatırladıb ki, bu müdafiə xətti düzgün tərtib olunduğu üçün Ukrayna Silahlı Qüvvələri təxminən altı aya yaxındır onun öhdəsindən gələ bilmir.

O qeyd edib ki, Kiyev rəhbərliyi rusiyalı hərbi mütəxəssislərdən öyrənməlidir. Burda heç bir qəbahət yoxdur.