Qəzzada 4 günlük atəşkəs elan edilib
Çətin və mürəkkəb və uzun danışıqlardan sonra bildiririk ki, Uca Allahın köməyi və Qətər və Misir tərəflərinin böyük səyləri ilə 4 günlük humanitar atəşkəs razılaşmasına nail olduq. Bunu Fələstin İslami Müqavimət Hərəkatı “Həmas” bəyanat yayaraq bildirib.
Fars xəbər agentliyinin məlumatına görə; HƏMAS hərəkatı bəyanatının davamında bu razılaşmanın şərtlərini açıqlayıb ki, ona əsasən, hər iki tərəfdən toqquşmalar, sionist ordusunun Qəzzanın bütün bölgələrində hərbi fəaliyyətləri və bu rejimin zirehli maşınlarının hərəkəti dayandırılacaq.
Bu razılaşmaya əsasən, humanitar yardım, tibbi yardım və yanacaq daşıyan yüzlərlə xüsusi yük maşını istisnasız olaraq Qəzzanın bütün ərazilərinə daxil olacaq.
HƏMAS əlavə edib: Əsirlik qeydlərinə əsasən 19 yaşından kiçik 50 əsir israilli qadın və uşaq 19 yaşından kiçik 150 fələstinli qadın və uşaq müqabilində azad ediləcək.
HƏMAS-ın bəyanatının sonunda deyilir: atəşkəs razılaşmasının əldə olunduğunu elan edərkən vurğulayırıq ki, əllərimiz tətikdə qalacaq və qalib qüvvələrimiz millətimizi müdafiə etməyə, işğalçılara qalib gəlməyə hazırdır.
Qeyd edək ki, sionist rejiminin üç nazirdən başqa bütün nazirləri əsirlərin mübadiləsi və müvəqqəti atəşkəsin yaradılması planının lehinə səs veriblər.
Hərbi əməliyyatlarla girovları azad edə bilmədiyi üçün israilli girovların ailələrinin təzyiqi altında olan Benyamin Netanyahu bu rejimin Müvəqqəti atəşkəs sazişinin yekun nəzərdən keçirilməsi üçün bu rejimin Nazirlər Kabinetinin iclası keçirilməzdən əvvəl deyib: Nazirlər Kabineti çətin qərar qarşısındadır və bu, düzgün qərardır.