Ermənistan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü davam etdirməsini vurğulayıb
https://parstoday.ir/azeri/news/world-i3242-ermənistan_ölkənin_kollektiv_təhlükəsizlik_müqaviləsi_təşkilatına_üzvlüyünü_davam_etdirməsini_vurğulayıb
Ermənistan xarici işlər nazirinin müavini bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı yayılan xəbərləri təkzib edib.
(last modified 2023-11-27T05:14:45+00:00 )
Noy 25, 2023 09:21 Asia/Baku
  • Ermənistan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü davam etdirməsini vurğulayıb

Ermənistan xarici işlər nazirinin müavini bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı yayılan xəbərləri təkzib edib.

İRNA xəbər agentliyinin məlumatına görə, Ermənistanın xarici işlər nazirinin müavini Menatskan Səfərian KTMT sammiti başlayandan az sonra yayılan şayələrə son qoyub və “Yervan Kollektiv Təhlükəsizlik Müqaviləsidən çıxmaq fikrində deyil” deyib.

Belarusun xarici işlər naziri Ermənistan nümayəndəsinin bu görüşdə iştirak etməməsinə toxunaraq bildirib ki, o, erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında bu görüşün qərarlarının təsdiqlənməsi məsələlərini və mexanizmlərini müzakirə edib.

Belarusun xarici işlər naziri, biz razılaşdıq ki, sammitdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İrəvana səfər etsin və biz burada yekunlaşan bütün qərarları erməni tərəfdaşlarımıza çatdıracağıq və onların bizə qoşulacağına ümid edirik.

İrəvanın KTMT-dən çıxması şayəsinə səbəb Ermənistanın bu görüşə qatılmamasıdır.