İsrail rejimi Avropada ifşa olunur
https://parstoday.ir/azeri/news/world-i3254-İsrail_rejimi_avropada_ifşa_olunur
İspaniyalı deputat xunta rejimini beynəlxalq məhkəməyə verir
(last modified 2023-11-26T07:02:57+00:00 )
Noy 26, 2023 11:00 Asia/Baku
  • İsrail rejimi Avropada ifşa olunur

İspaniyalı deputat xunta rejimini beynəlxalq məhkəməyə verir

 

Avropa Parlamentinin İspaniyadan olan deputatı Manu Pineda cinayətkar İsrail rejimini Haaqa məhkəməsinə verir.

Bu barədə deputatın özü məlumat verib.

O deyib ki, İsrail rejiminin Fələstində və xüsusilə Qəzzədə bütün insan haqları pozuntularını və hərbi cinayətlərini ehtiva edən sənədləri prokurorluğa çatdırmaq üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

Bu ərizə Netanyahu və onun əlaltılarına qarşı cinayət şikayəti verməklə bağlı prosedura başlamaq üçün ilk addımdır.

Deputat bildirib: “Qəzzə və Fələstin xalqına qarşı cinayətləriniz cəzasız qalmayacaq. Törətdiyiniz soyqırım cinayətinin bədəlini ödədiyiniz günə qədər dayanmayacağıq”.