AVRO-2024-ün final mərhələsinin püşkatma mərasimi keçirilib
(last modified Sun, 03 Dec 2023 15:56:34 GMT )
Dek 03, 2023 19:56 Asia/Baku
  • AVRO-2024-ün final mərhələsinin püşkatma mərasimi keçirilib

Dünən axşam Almaniyanın Hamburq şəhərində AVRO- iki min iyirmi dördün final mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Püşkatmaya əsasən, iki min iyirmi dördüncü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış iyirmi dörd komanda altı/ dördkomandalıq qrupda yer alıb.

Gələn il iyunun on dördündə start götürəcək AVRO-İki min iyirmi dördün final mərhələsi iyulun on dördündə çempionun təqdim edilməsilə başa çatacaq.

Aparılmış püşkatma nəticəsində AVRO- İki min iyirmi dörddə qrupların vəziyyəti belədir:

 

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu: Fransa, Avstriya, Niderland və A Yolunda pley-off qalibi

E qrupu: Belçika, Rumıniya, Slovakiya və B Yolunda pley-off qalibi

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya və C Yolunda pley-off qalibi

A Yolunda pley-off qalibi- Polşa, Estoniya, Uels, Finlandiya,/ B Yolunda pley-off qalibi- İslandiya, Bosniya və Herseqovina, Ukrayna,/C Yolunda pley-off qalibi isə Gürcüstan, Lüksemburq, Yunanıstan və Qazaxıstan yığmaları arasından məlum olacaq.

Teqlər