ABŞ Türkiyəyə 23 milyard dollarlıq “F-16”lar satacaq
Türkiyə parlamenti İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünə səs verdikdən sonra ABŞ hökuməti də Ankaraya F-16 qırıcılarının satışını təsdiqləyib.
ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələri, təkmilləşdirmə dəstləri və digər sistemlərin mümkün satışına icazə verib.
bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların, təkmilləşdirmələrin və müvafiq avadanlıqların təxminən 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.
Pentaqon həmçinin bu ölkənin Xarici İşlər Nazirliyinin Yunanıstana təxminən 8,6 milyard dollar dəyərində F-35 təyyarələrinin mümkün satışını təsdiqlədiyini açıqlayıb.
Bundan əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin ötən şənbə günü Ankaranın İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyünə razılıq verməsindən sonra ABŞ-ın F-16 qırıcılarının Türkiyəyə satışına razılıq vermişdi.
Avropa Birliyinin üzvü kimi İsveç Türkiyə prezidenti ilə danışıqlar zamanı NATO-ya daxil olmaq istəyinin təsdiqlənməsi müqabilində Türkiyənin Avropa Birliyinə daxil olmasına köməklik göstərməyə razılaşıb.
Lakin eyni zamanda, NATO-nun Baş katibi Yens Stoltenberq elan edib ki, İsveçin NATO-ya qəbulu və Türkiyənin Avropa İttifaqına daxil olması məsələləri “bir-biri ilə əlaqəli deyil”.