Zaxarova: Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi destruktivdir
(last modified Thu, 18 May 2023 15:16:20 GMT )
May 18, 2023 19:16 Asia/Baku
  • Zaxarova: Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi destruktivdir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Qərbin Azərbaycanla Ermənistan arasında vasitəçiliyini desturktiv hərəkət kimi səciyyələndirib.

Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib: “Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı üçtərəfli razılaşmaları qeyd etməmələrinin səbəbi bu sülh təşəbbüsünün Rusiya tərəfindən işlənib hazırlanmasıdır. Qərb ölkələri, xüsusi ilə də Avropa İttifaqı və ABŞ nümayəndələri üçtərəfli razılaşmaları qeyd etmirlər.

Onun sözlərinə görə, sülh təşəbbüsü Rusiyanın iştirakı ilə işlənib hazırlanıb və həyata keçirilir, praktiki nəticələr verir.

Zaxarova Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini destruktiv adlandırıb: “Qərbin dediyi kimi keçirilən görüşlərdə müsbət irəliləyiş barədə konstruktiv və real nəticələr olmayıb. Yəni, nə gəldi demək mümkündür, lakin praktikada bu reallaşmır. Bu, o demək deyil ki, konstruktiv nəticələrə gətirib çıxaracaq addımları biz layiqincə qiymətləndirmirik. Biz hər zaman nizamlanmaya doğru hansısa düzgün gedişlər olanda müsbət tendensiyanı qeyd edirik. Bu istiqamətdə müvafiq nəticələr olacaqsa, o zaman mütləq yüksək qiymətləndirəcəyik. Hələ ki, qiymətləndirməyə heç nə yoxdur”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

O sonda mayın 19-da Əliyev, Putin və Paşinyan arasında görüş keçiriləcəyini açıqlayıb