İngiltərə, Fransa və Almaniyanın Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
https://parstoday.ir/azeri/news/world-i5188-İngiltərə_fransa_və_almaniyanın_tehrandakı_səfirləri_İran_xarici_İşlər_nazirliyinə_çağırılıb
İngiltərə, Fransa və Almaniyanın bəzi ölkə rəsmilərinin İslam Respublikasının sionist rejimin cəzalandırılması ilə bağlı məsuliyyətsiz mövqelərindən sonra bu ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
(last modified 2024-04-15T04:48:51+00:00 )
Apr 14, 2024 17:29 Asia/Baku
  • İngiltərə, Fransa və Almaniyanın Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb

İngiltərə, Fransa və Almaniyanın bəzi ölkə rəsmilərinin İslam Respublikasının sionist rejimin cəzalandırılması ilə bağlı məsuliyyətsiz mövqelərindən sonra bu ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

İran Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Xidmətinin Baş İdarəsinin məlumatına görə, Britaniya, Fransa və Almaniyanın bəzi rəsmilərinin sionist rejimin İran vətəndaşları və mənafelərinə qarşı silsiləvi şəkildə qeyri-qanuni olaraq İran İslam Respublikasının cavab əməliyyatı ilə bağlı tutduğu məsuliyyətsiz mövqelərinə görə həmin ölkələrin Tehrandakı səfirləri Saymon Şerklif, Nicola Reş və Hans Odo Motsel İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Məcid Nili Əhmədabadi sionist rejimin beynəlxalq qanun və prinsiplərini pozan silsiləvi  təxribatçı hərəkətlərinə toxunaraq bildirib ki, İran İslam Respublikasının silahlı qüvvələrinin BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan qanuni müdafiə hüququndan istifadə çərçivəsində sionist rejimin hərbi bazalarına apardığı əməliyat, sionist rejimin törətdiyi silsilə cinayətlərinin xüsusilə Dəməşqdəki İran səfirliyinin konsulluq şöbəsinə etdiyi terror hücumuna cavab idi.