Dünya Bankı: 13-cü hökumət tərəfindən İranda mütləq yoxsulluq 37% azaldılıb
https://parstoday.ir/azeri/news/world-i5276-dünya_bankı_13_cü_hökumət_tərəfindən_İranda_mütləq_yoxsulluq_37_azaldılıb
 Dünya Bankının statistikası İranda 13-cü hökumətin iki ili ərzində mütləq yoxsulluğun 37% azaldığını göstərir.
(last modified 2024-04-20T07:10:47+00:00 )
Apr 20, 2024 11:09 Asia/Baku
  • Dünya Bankı: 13-cü hökumət tərəfindən İranda mütləq yoxsulluq 37% azaldılıb

 Dünya Bankının statistikası İranda 13-cü hökumətin iki ili ərzində mütləq yoxsulluğun 37% azaldığını göstərir.

 

Dünya Bankının açıqladığı son statistik məlumatlar göstərir ki, 13-cü hökumət illərində İranda mütləq yoxsulluq xeyli azalıb. 

Bu beynəlxalq təşkilat mütləq yoxsulluğu adambaşına gündəlik gəliri 2,15 dollar (2017-ci ildə sabit qiymətlərlə alıcılıq qabiliyyəti pariteti indeksinə əsasən) əsasında müəyyən edib və bu rəqəm insanın əsas ehtiyaclarını ödəmək üçün lazım olan minimum məbləğdir. 

Buna əsaslanaraq, Həsən Ruhaninin hakimiyyətinin son ilində (2020-ci il) İranda mütləq yoxsulluğun ümumi əhaliyə nisbəti 0,8% təşkil edirdisə, lakin Rəisinin administrasiyasının ilk ilində (2021) bu rəqəm 0,7%-ə, Rəisinin administrasiyasının ikinci ilində (2022) 0,5%-ə qədər azalıb.