Almatı müzakirələri davam edir
https://parstoday.ir/azeri/news/world-i5596-almatı_müzakirələri_davam_edir
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda dünən başlatdıqları müzakirələri bu gün də davam etdirirlər.
(last modified 2024-05-13T06:45:44+00:00 )
May 11, 2024 11:54 Asia/Baku
  • Almatı müzakirələri davam edir

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda dünən başlatdıqları müzakirələri bu gün də davam etdirirlər.

 

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.

Sputnik Azərbaycanın verdiyi məlumata görə nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.

Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib. Hələlik tərəflər müzakirələrin məzmunu barədə heç bir məlumat yaymayıblar.