İrəvanda itaətsizlik aksiyaları bərpa edilib
(last modified Sat, 11 May 2024 11:27:37 GMT )
May 11, 2024 15:27 Asia/Baku
  • İrəvanda itaətsizlik aksiyaları bərpa edilib

İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Ermənistanda polis artıq itaətsizlik aksiyasında iştirak edən 50-yə yaxın etirazçını saxlayıb.

İrəvanda hazırda aksiyalarla əlaqədar bəzi prospektləri bağlanıb.Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Əvəllər həmin kəndlərin sakinləri etiraz etsələr də indi bu etirazlara arxiyepiskop Baqrat Qalstanyan başçılıq edərək aksiyaları ümumölkə miqyasda genişləndirməyə cəhd edir.