Xanım Məsumənin (ə) mövlud günüdür
Hz. Məsumə (ə.s), hicrətin 173-cü ilində Zilqədə ayının ilk günü Mədinədə dünyaya gəlmişdir. Atası, Əhli-Beytin 7-ci İmamı Hz. Musa b. Cəfərdir (ə.s). İmam Kazımın (ə.s) övladlarının adları Fatimə Suğra, Fatimə Kübra, Fatimə Vüsta ve Uxradır. Hz. Fatimə Məsumənin anası, İmam Rzanın (ə.s) da anası olan Nəcmə Xatundur. Məsumə Onun ən məşhur ismidir. Bu isim, Hz. Əli b. Musa ər-Rizadan (ə.s) nəql edilən bir rəvayətdə bəhs olunmuşdur.
Eyni şəkildə rəvayət edildiyinə görə, Həzrət özünü İmam Rzanın (ə.s) bacısı “Məsumə” olaraq tanıtmışdır. Tahirə, Həmidə, Barrə, Rəşidə, Taqiyə, Naqiyə, Raziyə, Mərziyə, Seyyidə, Uhtu Riza digər ləqəbləridir. Ziyarətnaməsində isə Siddiqə və Seyyidətun Nisaul Aləmin ləqəblərinə də işarə edilmişdir. Hz. Məsumə (ə.s) günümüzdə Əhli-Beytin Kəriməsi olaraq məşhurdur.
Hz. Məsumə (ə.s) hicrətin 201-ci ilində Rəbiülaxır ayının 10-da 28 yaşında ikən vəfat etmişdir.
Hz. Məsumənin (ə.s) ziyarətinin fəziləti haqqında Məsum İmamlardan (ə.s) bəzi hədislər nəql edilmişdir.
İmam Cəfər Sadiq (ə.s) belə buyurmaqdadır:
“Allahın bir hərəmi var ki, ora Məkkədir. Rəsulullahın (s.ə.v) bir hərəmi var ki, ora Mədinədir. Möminlərin Əmirinin (ə.s) bir hərəmi var ki, ora Küfədir və biz Əhli-Beytin bir hərəmi var ki, ora da Qumdur.”
Başqa bir rəvayətdə isə İmam Cəfər Sadiq (ə.s) belə buyurmaqdadır:
“Qumda, mənim övladlarımdan adı “Fatimə binti Musa” olan birisi vəfat edəcək ve onun şəfaəti ilə bütün tərəfdarlarımız Cənnətə girəcəkdir”.
Başqa bir ifadəsində “Onun ziyarət edilməsi Cənnətlə eyni dəyərdədir” bildirilmişdir.
İmam Rzadan (ə.s) nəql edilən bir hədisdə belə buyrulmaqdadır:
“Kim Onu ziyarət edərsə, məni ziyarət etmiş olar”.
Başqa bir yerdə isə belə buyurmaqdadır: “Cənnət ondandır”.
İmam Cavad (ə.s) belə buyurmaqdadır:
“Kim bibim Hz. Məsumə səlamullahi əleyhi qayğı və mərifətlə Qumda ziyarət edəcək olarsa, Cənnət əhli olar”.
Allahu-Təala cümləmizi Hz. Məsumənin (ə.s) şəfaətlərinə nail eyləsin.