Bayden Trampın cinayətkarlığını üzünə vurdu
(last modified Tue, 04 Jun 2024 19:04:45 GMT )
İyun 04, 2024 23:04 Asia/Baku
  • Bayden Trampın cinayətkarlığını üzünə vurdu

Birləşmiş Ştatların prezidenti Co Bayden “Amerika tarixində ilk dəfədir ki, cinayətkar biri olan keçmiş prezident yenidən prezidentliyə namizədliyini irəli sürür”-deyib.

 

ABŞ prezidenti Co Bayden keçmiş Respublikaçı prezidentin Nyu-Yorkdakı cinayət məhkəməsində cümə axşamı çıxarılan hökümdən sonra ilk dəfə rəqibi Donald Trampı “təqsirli” adlandırıb.

Noyabrın 5-də keçiriləcək prezident seçkilərində sələfi ilə qarşılaşacaq Demokrat prezident Co Bayden çıxışında bildirib ki, Amerika tarixində ilk dəfə olaraq cinayət törətməkdə təqsirli bilinən keçmiş prezident yenidən prezidentliyə namizədliyini irəli sürür.

Onun sözlərinə görə, Donald Tramp noyabrda Ağ Evdə yenidən qalib gəlsə, Amerika demokratiyası üçün daha böyük təhlükə yaradacaq.

"Son prezident seçkilərində onun məğlubiyyəti bu adamda (Tramp) doğrudan da nəsə qeyr-adi şeylər yaratdı bu isə onu sanki dəli edib.”-Co Bayden əlavə edib.

Bundan əlavə prezident Bayden Trampın dediklərinə reaksiya olaraq qeyd edib ki, həbs cəzası rəqibinin tərəfdarları üçün məğlubiyyətin başlanğıc nöqtəsi sayıla bilər.

2021-ci il yanvarın 6-da Konqresin binasına hücumun hələ də yaddaşlarda qaldığı bu ölkədə xüsusi rezonans doğurur.

Qeyd edək ki, Respublikaçı tərəfdarlar Co Baydenin prezident seçkilərində qələbəsini baykot edərəkən “Trampın məğlub olduğu surətdə, Amerikada qan su yerinə axacaq” deyə şüarlar səsləndirirdilər.

Co Bayden Donald Trump-ın təqsirli hökmü ilə bağlı təkcə açıqlaması ötən cümə günü Ağ Evdə, heç kimin qanundan üstün olmadığını söyləmişdi.