ABŞ Yəmən qarşısıda aciz qalıb
“Associated Press” xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yəmən ordusu ilə qarşılaşması onun üçün İkinci Dünya Müharibəsindən bəri ən ağır münaqişə olub.
Yəmən Milli Ordusunun ötən noyabr ayından etibarən, Qırmızı dənizin Süveyş kanalı və Aralıq dənizinə gedən takyektoriyalarda demək olar hər gün aparılan əməliyyatlarda 50-dən çox gəmi hədəfə alınıb.
“Yəmən ordusu ilə döyüş İkinci Dünya Müharibəsindən sonra ABŞ Hərbi Dəniz Qüvvələri üçün ən ağır münaqişədir”- hesabatda qeyd edilir.
“Assoşiated Press”-in hesabatının davamında qeyd edilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri illərdir ki, beynəlxalq sularda Sovet İttifaqına, daha sonra Rusiya və Çinə qarşı potensial olaraq döyüşməyə hazır bir donanma olmasına baxmayaraq, kiçik Yəmən ordusunu özünə əsas güclərdən biri olaraq görür.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi qərargahı və ekspertləri bildirir ki, sionist rejimin Qəzzədə apardığı müharibə ilə yanaşı Yəmən Milli Ordusuna qarşı ABŞ-ın rəhbərlik etdiyi əməliyyat onun üçün İkinci Dünya Müharibəsindən bəri ən gərgin dəniz münaqişəsinə çevrilib” -hesabatda yer alır.