Amerika və İngiltərənin Yəmənin Əl-Hudeydə əyalətinə hava zərbələri davam edir
(last modified Sat, 22 Jun 2024 19:17:43 GMT )
İyun 22, 2024 23:17 Asia/Baku
  • Amerika və İngiltərənin Yəmənin Əl-Hudeydə əyalətinə hava zərbələri davam edir

 ABŞ və İngiltərə koalisiyasının təyyarələri bu gün (şənbə) Yəmənin qərbindəki Əl-Hudeydə əyalətinin Əl-Luhəyyə şəhərinin ərazilərini dörd dəfə bombalayıb. Hələlik, bu hücumlar dinc sakinlər arasında itkiyə səbəb olmayıb.

 

Ənsarullah Hərəkatının rəsmi saytı bir təhlükəsizlik mənbəsinə istinadən bildirib: “ABŞ və İngiltərənin təcavüzkar koalisiyasının Yəmən xalqına qarşı hava hücumları sionist rejimin müdafiəsi məqsədi ilə davam edir.”Yəmən təhlükəsizlik mənbəsi əlavə edib: “Sözügedən hücumlar cavabsız qalmayacaq.”Son aylarda Yəmənin müxtəlif bölgələri dəfələrlə ABŞ və İngiltərənin təcavüzkar hücumlarının hədəfinə çevrilib.Bu hücumlar sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırmaq üçün Yəmənə təzyiq göstərmək məqsədilə həyata keçirilir.