Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib
(last modified Fri, 23 Aug 2024 14:55:44 GMT )
Avq 23, 2024 18:55 Asia/Baku
  • Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Kremlin Rusiya və Ermənistan liderləri arasında bu gün baş tutan telefon danışığı ilə bağlı yaydığı bəyanatda bildirilib.

Kremldən xatırladılıb ki, V.Putin bu yaxınlarda Azərbaycanda dövlət səfərində olarkən Ermənistanın baş naziri ilə əlaqə saxlayacağını, Bakıda aparılan danışıqların nəticələri barədə ona məlumat verəcəyini bildirib.

“Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin irəlilədilməsi, habelə nəqliyyat və logistika kommunikasiyalarının açılmasına bundan sonra da yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd olunub.