Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma olub
https://parstoday.ir/azeri/news/azerbaijan-i310-arazdəyən_horadiz_dəmir_yolu_ilə_bağlı_anlaşma_olub
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli İşçi Qrupunun iclasının yekunları ilə bağlı mətbuata bəyanatla çıxış edib.
(last modified 2023-08-27T08:29:14+00:00 )
İyun 03, 2023 14:15 Asia/Baku
  • Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma olub

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli İşçi Qrupunun iclasının yekunları ilə bağlı mətbuata bəyanatla çıxış edib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bəyanatında deyilir:

Görüş konstruktiv şəraitdə keçib. Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın rəhbərlərinə məlumat veriləcək. Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”,- Aleksey Overçuk bildirib .