Azərbaycan hakimiyyəti anti-İran terrorçuları ilə bağlı səhvini düzəldəcəkmi?
Qərb münafiqlərdən üz döndərir - TƏHLİL
İrana qarşı təxribatçı qruplara ev sahibliyi edən Avropa ölkələri son vaxtlar tam fərqli mövqe sərgiləməyə başlayıblar.
Qərb dövlətləri, xüsusilə avropalılar ötən 43 ildə Xalq Mücahidləri yaxud Münafiqlər terror qruplaşmasına açıq və gizli dəstək vermişlər, 2014-cü ildə isə ABŞ-ın dəstəyi ilə qruplaşmanın 3000 üzvü İraqdan Albaniyaya köçürüldü. İndi 9 ildən sonra birdən-birə Albaniya polisinin “Əşrəf 3” adlı terror yuvasına hücum etməsi qara-güruhun istehlak müddətinin baş çatması anlamına gələ bilər.
Albaniya Daxili İşlər Nazirliyi öz açıqlamasında polis əməliyyatının qanunlara uyğun və Ali Məhkəmənin terrorizmə qarşı çıxardığı hökm əsasında həyata keçirildiyini açıqlayıb. Bildirilir ki, bu təşkilatın üzvləri terror və kiber aktlar həyata keçirməklə Albaniya qanunlarını pozublar.
Müşahidəçilərin dediyinə görə, Münafiqlərin Albaniyada mövcudluğunun nəticələrindən biri bu ölkədə milli təhlükəsizliyin və qanun aliliyinin zəifləməsi olub. Albaniyada münafiqləri qəbul etməyin digər riski onların terrorçu, mafiya, təkfirçi və vəhhabi qrupları ilə inteqrasiyasıdır.
Sual yaranır: Görəsən Münafiqlər qruplaşması ilə təmasları ifşa olunmuş Azərbaycan hakimiyyəti də baş verənlərdən nəticə çıxaracaqmı?
Bu sual ona görə səslənir ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, hakim partiyanın müttəfiqi olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının ötən il aprel ayı ifşaedici videosu üzə çıxdı.
Belə ki, terrorçu “Xalq Mücahidləri Təşkilatı”nın konqresinə video formatda qatılan Sabir Rüstəmxanlının məlum çıxışı terror təşkilatının veb səhifəsində yayıldı.
Sabir Rüstəmxanlı həmin çıxışda İran İslam Respublikasının rəhbərlərinə qarşı sərt ittihamlar səsləndirir, Azərbaycan Respublikasından və təmsil etdiyi DAK-dan terrorçu qruplaşmanın başçılarına böyük dəstək nümayiş etdirir.
DAK-ın həmsədri Bakıda oturduğu ofisində onun yanında “Xalq Mücahidləri Təşkilatı” üzvlərinin olduğuna işarə edir və Azərbaycan Respublikasında onların sayının çox oludğunu etiraf edir.
Qeyd edək ki, “Xalq Mücahidləri Təşkilatı” və ya münafiqlər qruplaşması İranda islam inqilabının qələbəsinin ilk günlərindən İran xalqı və dövlət rəsmilərinə qarşı davamlı olaraq saysız-hesabsız terror aktları törətmişdir.
Beləliklə də Azərbaycan hakimiyyətinin gec də olsa, Sabir Rüstəmxanlının etirafına münasibət bildirməsi zəruridir.