Ərdəbil Cümə Məscidində Teşt Qoyma Mərasimi
İyun 25, 2025 15:12 Asia/Baku
Ərdəbil Cümə Məscidində Teşt Qoyma mərasimi 23 İyunda keçirilmişdir. Teşt qoyma mərasimi Səfəvi dövründən bəri davam edən, bir neçə yüz illik tarixi olan ənənədir. Bu mərasim, bölgənin inanc və adət-ənənələrindən qaynaqlanır və Aşura hadisəsinin qəhrəmanlarının susuzluğunu yad etmək üçün təşkil olunur.
Mərasimdə müxtəlif sinə və zəncir vuran dəstələr mərsiyə oxuduqdan sonra, Hüseynçilər müxtəlif rəcəzlər söyləyərək, dini naxışlarla bəzədilmiş dairəvi mis və bürünc teştləri xüsusi yerə qoyurlar. Camaatın kədərli olduğu halda, bulaq sularından gətirilmiş su xüsusi küpələrdən teştlərin içinə tökülür, xüsusi dualar oxunur və əzadarlar bu suyu bərəkət olaraq içir və ya özləri ilə aparırlar.
Teqlər