Əli Laricani Ali Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi təyin edildi
https://parstoday.ir/azeri/news/iran-i12218-Əli_laricani_ali_təhlükəsizlik_Şurasında_rəhbərin_nümayəndəsi_təyin_edildi
Həzrət Ayətullah Xamenei fərman verərək, Əli Laricanini İranın Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edib.
(last modified 2025-08-10T08:12:56+00:00 )
Avq 07, 2025 12:52 Asia/Baku
  • Əli Laricani Ali Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi təyin edildi

Həzrət Ayətullah Xamenei fərman verərək, Əli Laricanini İranın Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edib.

 

İnqilab Rəhbərinin fərmanının tam mətni belədir:Bismillahir-Rəhmanir-RəhimCənab doktor Əhmədianın dövlətin mühüm icra vəzifələrinə təyin olunmasını nəzərə alaraq, cənab doktor Əli Laricanini İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsinə əsasən, Ali Təhlükəsizlik Şurasında rəhbərin nümayəndəsi təyin edirəm.Cənab Əhmədianın son illərdə bu məsuliyyətdə göstərdiyi səmərəli xidmətlərə görə təşəkkür edirəm. Hamınıza Allah-Taaladan uğurlar diləyirəm.Ayətullah Seyid Əli Xamenei7 avqust 2025