“Nəsir”, “Qədir” və “Qadir” raketləri öz hədəflərini məhv edib
İran Hərbi Dəniz Qüvvələrinin raket sistemləri və dəniz bölmələri eyni vaxtda “Nəsir” və “Qədir” qanadlı raketləri və “Qadir” sahil və gəmi əleyhinə raketlərdən istifadə edərək dənizdəki suüstü hədəfini məhv edib.
İran Hərbi Dəniz Qüvvələrinin "Eqtedar-e-paydar 1404" (Davamlı iqtidar - 2025) raket təliminin əsas mərhələlərinin davamında, İran Hərbi Dəniz Qüvvələrinin sahil və suüstü gəmilərinin göyərtələrindən atılan müxtəlif mənzilli müxtəlif növ dəniz bazalı qanadlı raketləri Hind okeanının şimalında və Oman dənizində hədəflərini uğurla vurub.Təlimin bu mərhələsində “Qonavə” reaktiv yaylım atəş sistemi və “Sabalan” esminesi “Nəsir” və “Qədir” qanadlı raketlərini eyni vaxtda atəşi, “Qadir” sahil bazalı və gəmi əleyhinə raketi “Vilayət 2” sahil sistemindən atılmaqla dənizdə təyin olunmuş suüstü hədəfi müvəffəqiyyətlə vuraraq məhv edib.Qadir dəniz qanadlı raketi gəmilər və sahil hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulmuş yüksək dağıdıcı gücə və təsirli hədəf
dəqiqliyinə malik orta mənzilli, anti-radar və gəmi əleyhinə qanadlı raketdir.Qadir dəniz qanadlı raketi həm də gəmilərlə döyüşmək üçün istifadə edilən yüksək dağıdıcı gücə və təsirli hədəf
dəqiqliyinə malik uzun mənzilli, anti-radar və gəmi əleyhinə qanadlı raketdir.Nəsir dəniz qanadlı raketi həm də gəmilərlə döyüşmək üçün istifadə edilən yüksək dağıdıcı gücə və təsirli hədəf
dəqiqliyinə malik qısa mənzilli, anti-radar və gəmi əleyhinə qanadlı raketdir.