Ulyanov: İranın dinc nüvə proqramını saxlamaq hüququ var
https://parstoday.ir/azeri/news/iran-i13448-ulyanov_İranın_dinc_nüvə_proqramını_saxlamaq_hüququ_var
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi bildirib: İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) uyğun olaraq öz dinc nüvə proqramını davam etdirmək hüququna malikdir.
(last modified 2025-12-27T07:58:24+00:00 )
Dek 23, 2025 15:12 Asia/Baku
  • Ulyanov: İranın dinc nüvə proqramını saxlamaq hüququ var

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi bildirib: İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) uyğun olaraq öz dinc nüvə proqramını davam etdirmək hüququna malikdir.

 

Ulyanov ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeonun İranın dinc nüvə proqramı ilə bağlı səsləndirdiyi təxribat xarakterli açıqlamalara münasibət bildirərək, X sosial şəbəkəsində yazıb: Görünür, ABŞ-nin sabiq dövlət katibi NPT-yə əsasən İranın milli nüvə proqramını qorumaq hüququna malik olmasından xəbərsizdir. Pompeo demişdi: “İran nüvə proqramını bərpa etmək üçün bütün səylərini göstərir və biz buna icazə verə bilmərik.”