SEPAH sözçüsü: Ramazan müharibəsi ABŞ-nin strateji zəifliyini üzə çıxardı
https://parstoday.ir/azeri/news/iran-i13954-sepah_sözçüsü_ramazan_müharibəsi_abŞ_nin_strateji_zəifliyini_üzə_çıxardı
SEPAH sözçüsü: Ramazan müharibəsi müharibə xərclərinin bir hissəsinin ABŞ və onun müttəfiqlərinin üzərinə yönəlməsinə səbəb oldu və ABŞ-nin strateji zəifliyini, həmçinin İran İslam Respublikasının hərbi, iqtisadi və siyasi hesablamalara təsir gücünü üzə çıxardı.
(last modified 2026-08-11T14:04:03+00:00 )
Avq 11, 2026 17:55 Asia/Baku
  • SEPAH sözçüsü: Ramazan müharibəsi ABŞ-nin strateji zəifliyini üzə çıxardı

SEPAH sözçüsü: Ramazan müharibəsi müharibə xərclərinin bir hissəsinin ABŞ və onun müttəfiqlərinin üzərinə yönəlməsinə səbəb oldu və ABŞ-nin strateji zəifliyini, həmçinin İran İslam Respublikasının hərbi, iqtisadi və siyasi hesablamalara təsir gücünü üzə çıxardı.

 

 İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Hüseyn Möhibbi çərşənbə axşamı Qum şəhərindəki Şəhid Avini Mədəniyyət Kompleksinin konfrans zalında Jurnalistlər Günü münasibətilə keçirilən mərasimdə bildirib: ABŞ apardığı bir çox müharibələrdə müharibənin xərclərini öz ölkəsindən kənarda formalaşdırmağa və müxtəlif ölkələri müharibəyə cəlb etməyə çalışıb ki, ABŞ ərazisi zərər görməsin. Lakin Ramazan müharibəsində bu zərər ABŞ-nin özünə yönəldi.O əlavə edib: Bu güc İran İslam Respublikasının Qüds Qüvvələrinin, Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun imkanlarının nəticəsi idi. Bu qüvvələr müharibənin xərclərini qarşı tərəfin üzərinə yönəldə bildi.Möhibbi bildirib: ABŞ müharibənin şiddətli çağında İran təslim olmadığı təqdirdə ölkənin bütün infrastrukturlarını hədəfə alacağı ilə hədələyib. İran İslam Respublikası da buna cavab olaraq ABŞ-nin, onun müttəfiqlərinin və sionist rejimin bütün infrastrukturlarını hədəfə alacağını vurğulayıb.O əlavə edib: ABŞ-nin Cənubi Pars qaz yatağına və Əsəluyyə enerji qovşağına hücumundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun uzaqmənzilli, dəqiq və yüksək gücə malik raketlərindən ibarət dalğa ABŞ-yə məxsus, ABŞ-lə müştərək olan, sionist rejimə məxsus və ya onların müttəfiqi olan ölkələrə aid infrastrukturların üzərinə düşdü.SEPAH sözçüsü davam edib: Nəticədə müharibənin xərcləri qarşı tərəfin üzərinə yönəldi və onlar artıq müharibəni əvvəlki şəkildə davam etdirə bilmədilər.Möhibbi ABŞ-nin İranı «daş dövrünə qaytarmaq» və İran sivilizasiyasını məhv etmək təhdidinə toxunaraq bildirib: İran İslam Respublikası da cavab olaraq vurğuladı ki, bu təhdid həyata keçiriləcəyi təqdirdə enerji boğazları İranın nəzarətindədir və qarşı tərəfə ağır bədəl ödədə bilər.