İran İslam Şurası Məclisinin sədri
Dahiyyəyə son hücum zamanı danışıqları dayandırdım
Bu gecə rejimə zərbə endirəcəyik. Əgər rejim cavab versə, bütün regionu vuracağıq.’ Nəticədə həmin gecə blokadanı aradan qaldırdılar
Məhəmmədbaqer Qalibaf
, bir qrup mədəniyyət xadimi və ziyalı ilə görüşündə deyib:
“dəhiyyəyə son hücum zamanı danışıqları dayandırdım və bildirdim: ‘Bu gecə rejimə zərbə endirəcəyik. Əgər rejim cavab versə, bütün regionu vuracağıq.’ Nəticədə həmin gecə blokadanı aradan qaldırdılar.”
O əlavə edib: “Razılaşmaya əsasən, blokadanın 30 gün ərzində açılması nəzərdə tutulurdu. Lakin Tramp tvitində ‘Bu gecə həm blokada, həm də Hörmüz boğazı açılacaq’ yazdıqda, mən bildirdim: ‘Əgər Hörmüz boğazı ilə bağlı yanlış iddia düzəldilməsə, hücumu həyata keçirəcəyik.’”
Qalibaf sözlərini belə davam etdirib:
“İlkin 15 maddəlik mətndə ABŞ İranın raket proqramından, nüvə proqramından, Müqavimət Cəbhəsindən və Hörmüz boğazından imtina etməsini tələb edirdi. Lakin Tramp Müqavimət Cəbhəsinin tanınmasını fars dilində imzalayıb.”