Əraqçi Amerika dövlət xadimlərinə xitab söylədi: Bu təkrarlanan film də uğursuzluğa məhkumdur
https://parstoday.ir/azeri/news/iran-i14074-Əraqçi_amerika_dövlət_xadimlərinə_xitab_söylədi_bu_təkrarlanan_film_də_uğursuzluğa_məhkumdur
İran İslam Respublikasının xarici işlər naziri Amerika rəsmilərinin İran xalqına qarşı tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı ilə bağlı iddialarına reaksiya verib.
(last modified 2026-08-22T05:17:36+00:00 )
Avq 22, 2026 08:50 Asia/Baku
  • Əraqçi Amerika dövlət xadimlərinə xitab söylədi: Bu təkrarlanan film də uğursuzluğa məhkumdur

İran İslam Respublikasının xarici işlər naziri Amerika rəsmilərinin İran xalqına qarşı tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı ilə bağlı iddialarına reaksiya verib.

Aran radiosunun məlumatına görə,İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi, Amerika rəsmilərinin İran xalqına qarşı tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı ilə bağlı iddialarına reaksiya verdi.

14 il əvvəl ABŞ prezidenti Barak Obamanın mesajının şəklini yayımlayan Əraqçi belə yazıb: 14 il əvvəl: “Tarixin ən sarsıdıcı sanksiyaları”. Uğursuz oldu. Bir il əvvəl: “Maksimum təzyiq”. Uğursuz oldu. 5 ay əvvəl: “Qeyd-şərtsiz təslim olma”. Uğursuz oldu.

O, əlavə etdi: Bu gün: “Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı”. Bu da uğursuzluğa məhkumdur.

Əraqçi daha sonra qeyd edib : Biz bu filmi əvvəllər də izləmişik; eyni köhnə hekayə, sadəcə fərqli zorakılarla.