ABŞ beynəlxalq nüfuzunu itirib
https://parstoday.ir/azeri/news/iran-i14078-abŞ_beynəlxalq_nüfuzunu_itirib
İran İslam Respublikası Ordusunun sözçüsü ABŞ-ın İrana qarşı son müharibəsinin nəticələrini şərh edərək iranlıların geosiyasi oyanışını bu müharibənin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib və ABŞ-ın regionda və beynəlxalq sistemdə gücünün zəifləməsi əlamətlərinin bu gün əvvəlkindən daha aydın göründüyünü vurğulayıb
(last modified 2026-08-22T06:37:37+00:00 )
Avq 22, 2026 10:34 Asia/Baku
  • ABŞ beynəlxalq nüfuzunu itirib

İran İslam Respublikası Ordusunun sözçüsü ABŞ-ın İrana qarşı son müharibəsinin nəticələrini şərh edərək iranlıların geosiyasi oyanışını bu müharibənin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib və ABŞ-ın regionda və beynəlxalq sistemdə gücünün zəifləməsi əlamətlərinin bu gün əvvəlkindən daha aydın göründüyünü vurğulayıb

İran ordusunun sözçüsü: Müharibənin əsas nailiyyətlərindən biri milli birlik və həmrəyliyin güclənməsidir

Pars Today-in məlumatına görə, briqada generalı Məhəmməd Əkrəmi-Niya cümə günü axşam İRNA-ya müsahibəsində bildirib ki, milli birlik və həmrəylik müharibənin mühüm nailiyyətlərindən biridir.

O qeyd edib ki, İran xalqının rəhbərlik, inqilab və dövlət ətrafında birliyi daha da möhkəmlənib və bu, çox böyük nailiyyətdir.

İran ordusunun sözçüsü müharibənin digər mühüm nəticəsi kimi iranlıların geosiyasi oyanışını göstərib. Onun sözlərinə görə, iranlılar əvvəldən mövcud olan, lakin tam şəkildə aktivləşdirilməyən böyük geosiyasi potensiallarını artıq dərk ediblər. O, İranın nəzarətində olan böyük potensiala malik Hörmüz boğazının İslam Respublikasının xarici siyasət məqsədlərinin həyata keçirilməsində həlledici rol oynaya biləcəyini vurğulayıb.

Əkrəmi-Niya ABŞ-ın gücünün zəifləməsinə də toxunaraq bildirib ki, uzun illərdir ABŞ-ın nüfuzunun azalmasının əlamətləri müşahidə olunur və bu gün həmin proses daha aydın görünür. Onun sözlərinə görə, ABŞ böyük beynəlxalq güc kimi nüfuzunu itirib və regionda ciddi şəkildə zəifləyib. O qeyd edib ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan ABŞ-dan müstəqil müdafiə və təhlükəsizlik mexanizmi yaradıblar və bu, regionda ABŞ-ın iştirakı olmadan yaradılan ilk belə mexanizmdir.

İranın hərbi doktrinasının müdafiə xarakterindən hücum xarakterinə doğru dəyişdiyini bildirən Əkrəmi-Niya deyib ki, son iki müharibə ərzində İranın hərbi doktrinasında müdafiədən hücuma doğru keçid müşahidə olunub. Bunun nəticələri düşmənin təcavüzkar addımlarına sürətli və genişmiqyaslı cavablarda, eləcə də qabaqlayıcı əməliyyatlarda özünü göstərib.

İran ordusunun sözçüsü silahlı qüvvələrin tam hazırlıq vəziyyətində olduğunu vurğulayaraq bildirib: “Atəşkəsdən döyüş qabiliyyətimizi artırmaq üçün istifadə etdik. Bu gün daha yüksək motivasiya, daha böyük özünəinam və lazımi hərbi texnika ilə düşmənin istənilən hesablama səhvinə sarsıdıcı cavab verməyə hazırıq.”