SEPAH və digər silahlı qüvvələr Kuhestək şəhidlərinin qanının müqəddəsliyinin keşiyindədir
https://parstoday.ir/azeri/news/iran-i14290-sepah_və_digər_silahlı_qüvvələr_kuhestək_şəhidlərinin_qanının_müqəddəsliyinin_keşiyindədir
(last modified 2026-09-04T07:31:31+00:00 )
Sen 04, 2026 11:28 Asia/Baku
  • SEPAH və digər silahlı qüvvələr Kuhestək şəhidlərinin qanının müqəddəsliyinin keşiyindədir

 

General-mayor Vahidi: SEPAH və digər silahlı qüvvələr Kuhestək şəhidlərinin qanının müqəddəsliyinin keşiyindədir

 

İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı ABŞ-ın Kuhestəkdə toy mərasiminə hücumu nəticəsində həlak olanların ailələrinə ünvanladığı müraciətdə yazıb:

 

Hörmətli və səbirli ailələr, Hörmüzgan vilayətinin məzlum Kuhestək bölgəsində toy mərasiminə ABŞ-ın təcavüzkar və cinayətkar rejimi tərəfindən həyata keçirilən vəhşicəsinə və terrorçu hücum zamanı şəhid olan əzizlərin ailələri! Amerika Birləşmiş Ştatlarının bədxah və şeytani siması bir daha bütün dünyaya nümayiş etdirildi. ABŞ terrorçu və insanlıq əleyhinə bu addımı ilə İran xalqının həyatından sevinc və şadlığı silməyi, günahsız mülki vətəndaşlar arasında qorxu və vahimə yaratmağı hədəfləyib.

 

Əziz vətənimizin təhlükəsiz məkanında, toy şənliyində bir qrup günahsız qadın, kişi və uşağın arasında baş verən bu dəhşətli cinayət inqilab və İslam Respublikasının düşmənlərinin dərin düşmənçiliyini və çoxillik kin-küdurətini, eləcə də onların bu ölkə xalqının möhkəm iradəsi və əzmkarlığı qarşısında acizliyini və gücsüzlüyünü göstərir.

 

Mən bu ağır və ürəkağrıdan faciə ilə əlaqədar Həzrət Vəliyyi-Əsrə (ruhlarımız ona fəda olsun), Ali Rəhbərə (Allah onun ömrünü uzun etsin), böyük İran xalqına və xüsusilə bu böyük cinayətdə yaxınlarını itirmiş, dərdli ailələrə dərin hüznlə başsağlığı verirəm.

 

Şübhəsiz ki, günahsız və məzlum şəkildə, tarixin cinayətkarları və dövrün zalımları tərəfindən torpağa və qana qərq edilən bu şəhidlərin pak qanı heç vaxt cavabsız qalmayacaq və bu dəhşətli cinayətin icraçıları və sifarişçiləri mütləq əməllərinin cavabını verəcəklər.

 

İslam İnqilabı Keşikçiləri Korpusu və İran İslam Respublikasının digər qüdrətli silahlı qüvvələri bu əziz insanların və İranın qüdrətinin digər şəhidlərinin, xüsusilə Amerika-sionistlərin diktə etdiyi ikinci və üçüncü müharibələrdə, o cümlədən Hörmüz döyüşündə şəhid olanların qanının müqəddəsliyinin keşikçisidir. Onlar tam qüdrət və qətiyyətlə İran xalqının və İslam ölkəsinin təhlükəsizliyini və asayişini qoruyacaqlar.

 

Uca Allahdan bu kədərli hadisənin bütün şəhidlərinə yüksək məqam, Allahın Rəsulu Məhəmməd (s) və onun pak Əhli-Beyti ilə birlikdə olmaq, sağ qalanlara və möhtərəm ailələrinizə isə səbir, dözüm, qəlb rahatlığı və möhkəm iradə diləyirik.

Onların xatirəsi İran xalqının tarixi yaddaşında daim canlı və əbədi qalacaq.