İran ABŞ-ın zorakı siyasəti qarşısında geri çəkilməyən yeganə ölkədir
https://parstoday.ir/azeri/news/iran-i14296-İran_abŞ_ın_zorakı_siyasəti_qarşısında_geri_çəkilməyən_yeganə_ölkədir
İranın Məhkəmə Hakimiyyətinin rəhbəri bildirib ki, İran İslam Respublikası ABŞ-ın zorakı siyasətinə qarşı açıq şəkildə mübarizə aparan yeganə ölkə olub və heç vaxt zülm və təzyiq qarşısında boyun əyməyəcək
(last modified 2026-09-04T08:50:45+00:00 )
Sen 04, 2026 11:55 Asia/Baku
  •  İran ABŞ-ın zorakı siyasəti qarşısında geri çəkilməyən yeganə ölkədir

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri bildirib ki, İran İslam Respublikası ABŞ-ın zorakı siyasətinə qarşı açıq şəkildə mübarizə aparan yeganə ölkə olub və heç vaxt zülm və təzyiq qarşısında boyun əyməyəcək

 

İran İslam Respublikasının Məhkəmə Hakimiyyətinin rəhbəri Höccətül-islam vəl-müslimin Qulam-Hüseyn Möhsüni Əjeyi Hindistanda ölkənin islam alimləri və müxtəlif dinlərin nümayəndələri ilə görüşündə ABŞ və İsrail rejiminin İrana qarşı törətdiyi cinayətlərə toxunaraq, Minab şəhərindəki Şəcərə Tayyibə məktəbinə hücumu açıq-aşkar müharibə cinayəti adlandırıb.

 

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri qeyd edib ki, ABŞ və İsrail rejiminin təcavüzü nəticəsində onlarla məktəb, xəstəxana, mədəniyyət mərkəzi, eləcə də milli və dini infrastrukturlar da hədəfə alınıb. O əlavə edib ki, beynəlxalq normalara əsasən, mülki obyektlər beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi müdafiəyə malikdir və bu obyektlərə hücumun qadağan edilməsi beynəlxalq hüquqda açıq şəkildə təsbit olunub.

 

O bildirib ki, İran İslam Respublikası 48 illik mübarizəsinin nəticələrini görüb və ABŞ-la birbaşa qarşı-qarşıya gələn yeganə ölkə olub.

ejeyi vurğulayıb: «İran sülhsevər və ədalətin tərəfdarıdır və zülm və güc qarşısında baş əyməyəcək».