SEPAH sözçüsü:
Heç bir qabaqcıl texnologiya Hörmüz boğazından keçə bilməz
Sen 09, 2026 09:58 Asia/Baku
İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bildirib: Heç bir qabaqcıl texnologiya Hörmüz boğazında bizim müşahidə və nəzarət qatlarımızdan keçmək imkanına malik deyil.
Pərs Today-in məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general Möhəbi çərşənbə axşamı axşam saatlarında vurğulayıb:
ABŞ ordusunun 2025-ci ildə ən qabaqcıl pilotsuz sualtı qayığının ələ keçirilməsi göstərir ki, heç bir qabaqcıl texnologiya Hörmüz boğazında bizim müşahidə və nəzarət qatlarımızdan keçə bilməz.
General Möhəbi əlavə edib: «Fars körfəzinə ağalıq etmək İranın texnologiya sahəsində fəaliyyət göstərən gənclərinə məxsusdur.»
O, amerikalılara müraciətlə deyib: «Donuzlar körfəzinə qayıdın.»