Ərdoğan ilə İranın yeni prezidenti arasında telefon danışığı olub
https://parstoday.ir/azeri/news/iran-i6502-Ərdoğan_ilə_İranın_yeni_prezidenti_arasında_telefon_danışığı_olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın yeni prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı olub.
(last modified 2024-07-20T10:43:32+00:00 )
İyul 08, 2024 20:33 Asia/Baku
  • Ərdoğan ilə İranın yeni prezidenti arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın yeni prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı olub.

 

Türkiyə mətbuatının məlumatına görə bu telefon danışığında Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

 Prezident Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə İran arasındakı əlaqələrin uzun keçmişə malik olduğunu bəyan edərək, deyib: “İnanıram ki, yeni dövrdə də bu əlaqələr hər sahədə inkişaf etməyə davam edəcək.

Ərdoğan İran prezidenti seçilən Pezeşkiyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.