-
İrana qarşı təcavüz regionda böhrana səbəb olub
Sen 02, 2026 10:46Pakistanın Baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində bildirib: “Bu ilin əvvəlində təşkilatın üzvü olan İran İslam Respublikasının ərazi bütövlüyünün pozulması regionda böyük böhrana səbəb oldu. Biz bir daha vurğulayırıq ki, yeganə çıxış yolu diplomatiyadır.”
-
4 nəfər həlak olub, 68 nəfər yaralanıb
Sen 02, 2026 10:38İranın cənubundakı Hörmüzgan əyalətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini bildirib ki, ABŞ-ın Sirek şəhərinin Kuhestək rayonunda keçirilən toy mərasiminə hücumu nəticəsində 4 nəfər həlak olub, 68 nəfər isə yaralanıb.
-
ABŞ-ın İran xalqına qarşı törətdiyi cinayətlərin siyahısı hər gün genişlənir
Sen 02, 2026 10:34İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İranın cənubundakı Sirek şəhərində keçirilən toy mərasiminə hücum etməsini müharibə cinayəti kimi qiymətləndirərək bildirib: “ABŞ-ın İran xalqına qarşı törətdiyi cinayətlərin siyahısı hər gün daha da genişlənir.”
-
Regional əməkdaşlıq istiqamətində faydalı və səmərəli məsləhətləşmələr apardıq
Sen 02, 2026 10:29İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakının nəticə və nailiyyətlərini şərh edərkən keçirdiyi görüşləri və regional əməkdaşlıq istiqamətində aparılan məsləhətləşmələri faydalı və səmərəli qiymətləndirib.
-
ABŞ düşməninə ağır bədəl ödədəcəyik
Sen 02, 2026 10:21İran Silahlı Qüvvələrinin Baş Qərargahı və İslam Respublikasının Mərkəzi Xatəmül-Ənbiya (s) Qərargahı bildiriblər: “Biz heç bir halda qəhrəman İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və ABŞ düşməninə ağır bədəl ödədəcəyik.”
-
İran xalqı öz hüquqlarını təmin etmək üçün mübarizəsini davam etdirəcək
Sen 01, 2026 17:18İranın xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən sammitinin ilk günündən sonra bildirib: İran xalqı öz hüquqlarını təmin etmək üçün mübarizəsini davam etdirəcək.
-
İranla müharibədə mindən çox israilli hərbçi öldürülüb
Sen 01, 2026 17:13İran Silahlı Qüvvələrinin baş sözçüsü bildirib: İranla müharibədə 1 mindən çox İsrail hərbçisi öldürülüb, minlərlə hərbçi isə yaralanıb.
-
Trampın müharibə nazirinin müavini də istefa verməyə məcbur oldu
Sen 01, 2026 17:09Wall Street Journal” qəzeti xəbər verib ki, ABŞ-ın müharibə nazirinin müavini və ordu naziri Den Driskoll Pit Heqsetlə aylarla davam edən gərginlikdən sonra istefa verib.
-
Səudiyyə-Əmirlik koalisiyasına bağlı qüvvələrin mövqelərinə raket zərbələri endirilib
Sen 01, 2026 16:51Yerli mənbələr Yəmən silahlı qüvvələri tərəfindən ölkənin qərbində Səudiyyə-Əmirlik koalisiyasına bağlı qüvvələrin toplaşdığı məntəqələrə doğru bir neçə raket və hücum PUA-sının buraxıldığını bildiriblər.
-
Hava hücumundan müdafiə sistemləri milli özünəinamın simvoludur
Sen 01, 2026 16:49İran İslam Respublikası Ordusunun baş komandanı Əmir general-mayor Hatəmi hava hücumundan müdafiənin İran səmasının qorunmasında müdafiə qüdrətinin və özünütəminetmənin simvolu olduğunu bildirib. O vurğulayıb ki, son dövrlərdə baş vermiş məcburi müharibələrin təcrübəsi hava hücumundan müdafiənin İranın təhlükəsizliyinin təmin edilməsi və hava məkanının qorunmasında həyati və strateji əhəmi