Hüseyn dünya azadələrinin imamı; İslam Peyğəmbərinin ümmətini islah etmək üçün qiyam edən bir kişi
(last modified 2024-07-20T14:48:15+00:00 )
İyul 20, 2024 18:48 Asia/Baku
  •  Hüseyn dünya azadələrinin imamı; İslam Peyğəmbərinin ümmətini islah etmək üçün qiyam edən bir kişi

İslam Peyğəmbərinin nəvəsi, Əhli-beytdən olan Hüseyn ibn Əli (ə) qiyamdan əvvəl demişdir: Mən üsiyan və fitnə yaratmaq üçün qiyam etməmişəm, mən babamın ümmətini islah etmək üçün ayağa qalxmışam.

Dünyanın azad və azadlıqsevər insanlarının qəlbində İmam Hüseyn (ə) kimisi yoxdur. O, mənəviyyat və ixlas, mərdlik və şücaət örnəyidir, ədalətsizlik və zalımlığa qarşı çıxmışdır.

Şiə və sünnilərin tarixi qaynaqlarına görə, Həzrəti Peyğəmbər (s) imam Hüseyn(ə) dünyaya gələndə şəhadətini elan etmiş və onun üçün “Hüseyn” adını seçmişdir. İmam Hüseyn  (ə) şiələr arasında üçüncü imam və şəhidlərin ağası olması ilə yanaşı, həm də Peyğəmbərin (s)-ın onun haqqında söylədiyi fəzilətlər eləcədə dövrün zalım hökmdarına“Yezid bin Muaviyə” qarşı durduğuna görə sünnilər arasındada əzizlənir.

İmam Hüseyn (ə) Əməvilər sülaləsinin padşahı olan Müaviyənin hərəkətlərinə kəskin etiraz edirdi; o cümlədən vəliəhdlik  məsələsində Müaviyənin oğlu yezidlə beyət etməkdən imtina etdi. O, Yezidi alçaq, zalım , səriştəsiz, insanlıq və cəmiyyətə zidd davranışları olan bir şəxs adlandırır. İmam Hüseyn xilafəti ilahi bir mövqe hesab edir və inanırdı ki, cəmiyyətin vəlisi Peyğəmbər kimi olmalıdır və Peyğəmbər vəfatından əvvəl onları təyin etmişdir.

Müaviyənin vəfatından sonra Yezid İmam Hüseynə (ə) beyət etməsi üçün təzyiq etdi və hətta beyət etməkdən boyun qaçıracağı təqdirdə onun ölümünə əmr verdi.

Nəhayət, İmam Hüseyn Yezidin ünsürlərinin və muzdlularının təzyiqləri ilə Mədinə şəhərindən Məkkəyə getdi. Məkkədə olduğu dörd ay müddətində Kufə əhalisindən valiliyi qəbul etmək üçün çoxlu xahiş və məktublar alır. Bu xahişlərdən sonra İmam Hüseyn öz nümayəndəsi “Müslim bin Əqili” Kufəyə göndərdi. Müslüm kufililərin dəstəyini təsdiq etdi və İmam bu şəhərə doğru hərəkət etdi. Digər tərəfdən, Yezid də İmam Hüseynə qarşı bir ordu göndərdi.

Əfqanistanda əzadarlıq mərasimi

 

Nəhayət, hicri 61-ci ilin Məhərrəm ayının ikinci günü iki tərəf Kərbəla səhrasında qarşılaşdılar. Amma kufəlilər İmam Hüseynlə olan əhdinə sadiq qalmadılar və onu ədalətsiz döyüşdə tək buraxdılar. Tarixi məlumatlara görə, Yezidin ordusunda təxminən 30 min nəfər olduğu halda, İmam Hüseynin köməkçilərinin sayı 72 nəfər idi. Lakin İmam düşmənlə beyət etmədi və təslim olmadı.

İslam Peyğəmbəri onun haqqında dəfələrlə demişdir ki, Hüseyn məndəndir, mən də Hüseyndənəm.

İmam Hüseynin (ə) məqbərəsi (Kərbəla) bu gün dünyanın azad və müdrik insanların ziyarət yeri, şəhadəti isə dünya məzlum və azadlıq axtaranların hərəkatının ilham mənbəyidir.

Endoneziya şiyələrinin əzadarlı mərasimi

 

 

Teqlər