Sionistlərin 60%-i Netanyahunun Qəzzada müharibəni bərpa etmək cəhdinə qarşıdır
https://parstoday.ir/azeri/news/west_asia-i10104-sionistlərin_60_i_netanyahunun_qəzzada_müharibəni_bərpa_etmək_cəhdinə_qarşıdır
 İşğal olunmuş ərazilərdə aparılan sorğuya əsasən, sionistlərin 60%-i işğalçı rejimin baş naziri Benyamin Netanyahunun əsirlərin mübadiləsi, Qəzzada atəşkəs və bu bölgədə müharibənin bərpası ilə bağlı razılaşmanın məğlubiyyətə uğraması səylərinə qarşı olduqlarını bildiriblər.
(last modified 2025-02-27T04:50:45+00:00 )
Fev 24, 2025 10:36 Asia/Baku
  • Sionistlərin 60%-i Netanyahunun Qəzzada müharibəni bərpa etmək cəhdinə qarşıdır

 İşğal olunmuş ərazilərdə aparılan sorğuya əsasən, sionistlərin 60%-i işğalçı rejimin baş naziri Benyamin Netanyahunun əsirlərin mübadiləsi, Qəzzada atəşkəs və bu bölgədə müharibənin bərpası ilə bağlı razılaşmanın məğlubiyyətə uğraması səylərinə qarşı olduqlarını bildiriblər.

 

İşğalçı rejimin “I24” telekanalının keçirdiyi bu sorğuya görə, respondentlərin 60%-i müharibənin yenidən başlamasının tərəfdarı olmadığını, 25%-i isə müharibənin dərhal başlamasını dəstəklədiyini bildirib.

Bu sorğunun nəticələri şənbə günü axşam saatlarında İsrail Baş Nazirinin administrasiyasının bəyanatından sonra dərc olunub ki, İsrailli əsirlərin “təxribat mərasimləri” keçirilmədən azadlığa buraxılması üçün zəmanət verilməyənə qədər, razılaşmanın yeni mərhələsinin fələstinli əsirləri azad edilməyəcək.