Sionist qoşunları Suriyanın cənub-qərbindəki bölgələrə daxil olub
(last modified Tue, 04 Mar 2025 07:01:39 GMT )
Mart 04, 2025 11:01 Asia/Baku
  • Sionist qoşunları Suriyanın cənub-qərbindəki bölgələrə daxil olub

 Xəbər mənbələri sionist rejim hərbçilərinin Suriyanın Quneytra əyalətinin yeni bölgələrinə daxil olduqlarını bildiriblər.

 

Bir qrup sionist hərbçi öz ağır texnikası ilə Quneytra vilayətinin Musəhhərə qəsəbəsinə daxil olub.

Helikopter və PUA-ların köməyi ilə həyata keçirilən bu irəliləyişdə sionist hərbçilər Musəhhərə və Əl-Təyhə yaşayış məntəqələri arasındakı yolu kəsiblər.

Bəzi mənbələr işğalçı qüvvələrin Dəra və Quneytra əyalətlərinin sərhəddindəki Təl əl-Mal bölgəsinə gəlməsi barədə də məlumat verir.

Bu, Bəşər Əsəd hökumətinin devrilməsindən sonra sionist rejim hərbçilərinin Suriya ərazisinə ən dərin nüfuz etməsidir.