Baş katib: İrəvanla "işgüzar əlaqələr" kəsilməyib
https://parstoday.ir/azeri/news/west_asia-i10256-baş_katib_İrəvanla_işgüzar_əlaqələr_kəsilməyib
KTMT üzvlüyünün dondurulmasına baxmayaraq, Ermənistanla "işgüzar əlaqələr" qorunub saxlanılır.
(last modified 2025-03-08T08:04:33+00:00 )
Mart 07, 2025 19:55 Asia/Baku
  • Baş katib: İrəvanla

KTMT üzvlüyünün dondurulmasına baxmayaraq, Ermənistanla "işgüzar əlaqələr" qorunub saxlanılır.

 

Bu açıqlama ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov çıxış edib.

 “Bir daha vurğulamaq istərdim ki, Ermənistan Respublikası hələ də müttəfiqdir və təşkilatın bu ölkə qarşısında öhdəlikləri qorunur”, - deyə qurumun baş katibi “İzvestiya” qəzetinə bildirib.

Rəsmi İrəvan iddia edir ki, KTMT 2020-ci ildə ikinci Qarabağ müharibəsində və ondan sonra Azərbaycan ordusunun hücumlarına cavab verə bilmədi. O vaxtdan bəri Ermənistanın bir sıra əraziləri qonşu ölkənin işğalı altındadır.

Rusiyanın bu iradlara cavabı isə belədir ki, Azərbaycan hərbi əməliyyatları əsasən öz torpaqlarında aparıb və KTMT bu işə qarışa bilməzdi.