Yəmən Silahlı Qüvvələri: Ben Qurion hava limanını hədəfə aldıq
https://parstoday.ir/azeri/news/west_asia-i11984
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri cümə axşamı bəyan edib ki, işğal altındakı Yafa bölgəsində yerləşən Əl-Lod hava limanına qarşı xüsusi əməliyyat həyata keçirilib.
(last modified 2025-07-19T08:51:36+00:00 )
İyul 19, 2025 12:49 Asia/Baku
  • Yəmən Silahlı Qüvvələri: Ben Qurion hava limanını hədəfə aldıq

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri cümə axşamı bəyan edib ki, işğal altındakı Yafa bölgəsində yerləşən Əl-Lod hava limanına qarşı xüsusi əməliyyat həyata keçirilib.

 

Sözügedən əməliyyatda “Fələstin-2” adlı hipersəsli ballistik raketdən istifadə olunub.General Səri bildirib ki, əməliyyat tam uğurla başa çatıb, nəticədə milyonlarla israilli sığınacaqlara qaçıb və Əl-Lod hava limanının fəaliyyəti tamamilə dayandırılıb.O əlavə edib ki, bu əməliyyat Qəzzədə baş verən soyqırıma cavab olaraq və Fələstin xalqı ilə döyüşçülərinə dəstək məqsədilə həyata keçirilib.