Əl-Əqsa məscidinə hücum – 2 milyard müsəlmanın hissləri təhqir edildi
https://parstoday.ir/azeri/news/west_asia-i12156-Əl_Əqsa_məscidinə_hücum_2_milyard_müsəlmanın_hissləri_təhqir_edildi
 Fələstin Mücahidləri Hərəkatı, bu gün sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə etdiyi hücumu, iki milyard müsəlmanın dini hisslərinin təhqir olunması və işğalçıların bu müqəddəs məkanı yəhudiləşdirmək planlarının davamı kimi dəyərləndirib.
(last modified 2025-08-05T08:34:08+00:00 )
Avq 03, 2025 20:31 Asia/Baku
  • Əl-Əqsa məscidinə hücum – 2 milyard müsəlmanın hissləri təhqir edildi

 Fələstin Mücahidləri Hərəkatı, bu gün sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə etdiyi hücumu, iki milyard müsəlmanın dini hisslərinin təhqir olunması və işğalçıların bu müqəddəs məkanı yəhudiləşdirmək planlarının davamı kimi dəyərləndirib.

 

Hərəkat bazar günü yaydığı bəyanatda, sionist məskunlaşmaçıların Əl-Əqsa məscidinə hücumuna qarşı region ölkələrinin susqunluğunu tənqid edib və bildirib:

“Cinayətkar Ben-Qvirin bir qrup məskunlaşmaçı ilə Əl-Əqsa məscidinə basqını, 2 milyard müsəlmanın hisslərini bir daha yaraladı.”

 

Bəyanatda əlavə olunur:

“Əl-Əqsa məscidinə bu cür hücumlar, sionist rejimin nasist təmayüllü hökumətinin bu müqəddəs məkana qarşı yəhudiləşdirmə planlarını həyata keçirmək yolunda atdığı addımların göstəricisidir.”